Mehri-rüxün tabına düşdü könül yanədir,Şəm’ə düşən narına yansa gərək, ya nədir?

Ey məhi-bədrin üzü mehri-rüxündən xəcil,Şəm’inə gör canımı kim, necə pərvanədir?

Zülfü rüxün sirrini bilməyənə aydıram:Küfr ilə imanımız, Kə’bəvü bütxanədir.

Nəqşi-xəyalın məni nəqşü xəyal eylədi,Münkiri-eşqin gözü ikiligə yanədir.

Cami-səqahüm içər dilbər əlindən müdam,Kim ki, anın saqisi nərgisi-məstanədir.

Çünki vüsalınlayam leylü nahar, ey sənəm,Cami-Cəm uş məndədir, mülki-Süleyman nədir?

Lə’li-ləbinlə gözün mey içirərlər mana,Mən necə məst olmayam, çün iki peymanədir?

Dünyavü üqbayı mən vəslinə dəyişmişəm,Assisinə min başım can ilə şükranədir.

Eşqi-rüxün məskəni xəlvətidir könlümün,Gənci-həyatın yeri gör ki, nə viranədir.

Макта — последний бейт с тахаллусом поэта. Düşdü Nəsimi saçın həlqeyi-zəncirinə,Düşməyən ol həlqəyə, gör ki, nə divanədir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви