Ey camalım ərşi-rəhman qabiə-qövseyn qaşınız
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Ey camalın ərşi-rəhman qabiə-qövseyn qaşınız,Nəqşi-ma-əvha yazıbdır hüsnünə nəqqaşınız.
Əhsəni-surətdə, yarəb, sən nə ziba çöhrəsən,Hurilər oldu qulun, xublar qamu fərraşınız.
Ey üzü cənnət, xəti reyhan, dodağı səlsəbil,Laməkan bədrü hilalidir üzünlə qaşınız.
Ta ki zülfü qaşlarından gözləri çəkdi çəri,Oldu kövn ilə məkanın varlığı taraşınız.
Surətindən, ey sənəm, ta görmüşəm həqqi əyan,Səcdə qıldı üzünə bu aşiqi-qəllaşınız.
Bəhri-zatın gövhərisən, layəzalın surəti,Laməkan sirrinə xoşdur uşbu gün sirdaşınız.
Макта — последний бейт с тахаллусом поэта. Üzünü gördü Nəsimi, ey gözüm nuri həbib,Asitanındır səririm, yastığımdır daşınız.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-ey-camalin-ersi-rehman-qabie-qovseyn-qasiniz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sən mana yar ol ki, könlüm bir dəxi yar istəməz,Könlümün dildarı sənsən, özgə dildar istəməz.
Şənbə günü mən uğradım ol sərvi-rəvanəŞənbə günü mən uğradım ol sərvi-rəvanə,Şeyda qılıban saldı məni cümlə cəhanə.
Səndən iraq, ey sənəm, şamü səhər yanaramSəndən iraq, ey sənəm, şamü səhər yanaram,Vəslini arzularam, daxi betər yanaram.
Sənəma, üzün gülündən gülə-gülə gül utandıВзглянули розы на тебя, и зависть гложет их.И сахар, покраснев, узнал про сладость губ твоих.