Bu körpəcə meynəni, oğlum, öz əllərimləSənin əziz adına basdırıram torpağa.Bəsləyirəm mən səni nəcib əməllərimlə,Deyirəm ki, bağban ol bizim bu gözəl bağa.

İllər keçər bu meynə qumların üzərindəGünəşdən qüvvət alıb artar, qol-budaq atar.

Kəhrəbadan seçilməz salxımlar nəzərində,Ağzında şaqqıldayıb hər giləsi bal dadar.

Bu körpəcə meynəni qoru hər bir zavaldanQoy torpaqda kök salıb bərkitsin öz yerini.Bar verməz əkdiklərin doğru sözümdür, inan –Qatmasan bu torpağa öz alnının tərini.

Bunun dadlı, ətirli, ləzzətli meyvəsiniMən yeməsəm də, oğlum, sabah sən yeyəcəksən.Atanın ünvanına – ucaldaraq səsiniBu şirin meyvədən də şirin söz deyəcəksən.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине