Cənub həsrəti
I
Yenə şair ürəyim döndü qana,Yağır ətrafa dilimdən odlar.Baxıram dərdli Arazdan o yana,Görürəm qan axıdır cəlladlar.Öldürürlər bacımı, qardaşımı,Tökmərəm bir daha mən göz yaşımı.İntiqam nəğməsi var könlümdə,Xalqın ölməz səsi var könlümdə.Orda bükmüş belini dərd anamın,Qara günlər keçirən mərd anamınQanlı əllər uzanır saçlarına.Qəlbi daşlarsa, bu göz yaşlarınaBaxaraq, hey qoparır qəhqəhələr,Açılır orda fəğanlarla səhər.Dil açanlar çürüyür, zindanda,Haqq deyənlər yox olur bir anda.Hər baxışdan yenə qəm, qüssə yağır,Çox ağırdır, vətənin dərdi ağır...Mən demişdim öz ürək qardaşıma,Bizə sadiq o dilək qardaşıma,Açılıb gül kimi gülsən, gülərəm,Vətən uğrunda sən ölsən, ölərəm.Qardaşım, dönmərəm öz andımdan,Titrəyir atdığım hər addımdanMəni səndən, səni məndən ayıran...
Çox uzun sürməyəcəkdir hicran!Bir canım var, sənə qurbandır o da.Necə gülsün ürəyim? Qandır o da.O gülər, məncə, vüsalınla sənin,Yaşayır çünki xəyalınla sənin.Nə sən onsuz, nə o sənsiz yaşamaz!Azər övladı Vətənsiz yaşamaz!Tut əlimdən ki, mənəm arxa sənə,Qazanaq biz də bir ağ gün vətənə.Yadların onda kəsilsin nəfəsi,Bürüsün hər tərəfi nəğmə səsi.
II
Yox xəzandan o tərəflərdə baharın fərqi,Çox böyükdür bu diyarla o diyarın fərqi.Bürünüb matəmə kəndlər və şəhərlər, ölüdür,Elə bil, orda həyətlər, küçələr qan gölüdür.Mən xəyalən o sevincsiz küçələrdən keçirəm,Kinli gözlərlə baxıb düşməni, dostu seçirəm.Dəymə, cəllad, – deyirəm, – dəymə o qan qardaşıma,Mənə bax, qorx qəzəbimdən, onu tək görmə, çəkin,Qorx, yetər, vurma qaxınc gəl bu ağarmış başıma.Dərdli qəlbində bu gün dalğalanır sonsuz kin.Soldurub öz nəfəsinlə bağını, bağçasını,Vətənin matəmə saldın o gözəl parçasını.Onu bir qul kimi bir vaxt çox alıb satdın, sənElə zənn etmə ki, öz istəyinə çatdın sən!Görməyirsənmi könüllərdə coşan üsyanı?Sanma müstəmləkə sən şanlı Azərbaycanı!Yetər ölkəmdə çəkib qəhqəhələr oynadığın,İçirib haqq bağıran xalqa zəhər, oynadığın,Çox güvənmə, yetər, arxanda duran dövlətə gəl,Demə sən “körpə uşaq” dərdi coşan millətə gəl!Sən mənim qardaşımın qatilisən hər yerdə,Örtə bilməz bu cinayətləri heç bir pərdə.
İntiqam al! Deyir hər şanlı şahidin qəbri.Qəhrəman millətimin, dinlə, tükənmiş səbri,Öz dilindən onu məhrum elədin, ey cəllad!Bilməyirsən belə getməz qoca dünyada həyat?!Bilməyirsənmi o bir gün yenə zənciri qırar,Nəmli zindanı uçurdub, yeni kaşanə qurar!?İndidən baş çəkirəm dosta, qohum-qardaşa mən...Gəzərək qəlbi yara yurdumu başdan-başa mən,Yazıram qəlbimə bir-bir sənin etdiklərini,Bilirəm, gün gələcək haqq tutacaq öz yerini.Tutub ellərsə yaxandan çəkəcək məhkəməyə,Onda heç kimsə sənə yetməyəcəkdir köməyə.İntiqam ordusunun əsgəriyəm mən də! Eşit!Olmayıb, olmayacaqdır kölə çox milyon igid!Səsləyib dostlarımı, evləri bir-bir gəzirəm,Səsimə hay verən olmur, tutulublar, sezirəm.Hər xiyabanda mənə qupquru əllər uzanır.Ağa can! Bircə qıran ver, deyə dillər uzanır,Hər nəyim varsa cibimdən çıxarıb mən verirəm,Həmin əllər uzanır, sonra da hərdən görürəm –Qara şəmsiyəli bir kimsəyə... – heyhat, heyhat!..O keçir daş kimi səssiz... ona yaddır bu həyat.Səkkiz-on yaşlı uşaqlar ki, bahardır, məncə,Gün çıxandan çəkərək gün batana işgəncə.Dönür onlar əliboş, cibləri boş, evlərinə,Bürünüb köhnə cırım-cındıra paltar yerinə. –Ehtiyacın, görürəm, döymədiyi bir qapı yox,Çərxi dönmüş şəhərinsə yüzü acdır, biri tox.Yenidən insan ucuzlaşdı, çörək oldu baha...Yox, könüllər dözə bilməz bu ağır dərdə daha!..Məncə, bir gün gələcəkdir ki, bu qəm karvanıQəzəbindən coşaraq andıracaq ümmanı,Boğacaq düşməni, aydın deyəcək istəyini,Qaldırıb göylərə qandan qızaran köynəyini...
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-cenub-hesreti
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Oxucum, ömürlük şair gözümdəMəhəbbətdir mahnı, həyatdır mahnı.
Gecəli-gündüzlüAzadlığıma şahid qanım rəngli bayrağıÖmürlük başı üstə saxlayan şairəm mən.
Mübarizə elan edirəmDəmir kimi kəlmələrdir mənim silahım,Şeirlərdir, nəğmələrdir mənim silahım!
OxucumaOxucum, vətənə məhəbbətimiMənim bu döyünən ürəyimdə gör.
Стихи других поэтов · О родине
Yaşa, yaşa, Azərbaycanım, yaşa,Sənsən mənim dinü imanım, yaşa!
AğlayıbBir cavan ölübdü qürbət diyarda,Vətənin torpağı, daşı ağlayıb.
DağlarEşidin, dərdimi sizə söyləyim,Düşmüşəm Vətəndən aralı, dağlar!
Mə’bədBir yığın daş kömülmüşdür torpaqların qoynundaDün keçərkən həzin bir səs dinləyirdim mən onda.