Oxucum, ömürlük şair gözümdəMəhəbbətdir mahnı, həyatdır mahnı.Haqlıdan haqlıyam mən bu sözümdə,Qanadsızlara da qanaddır mahnı.Həyat yollarında, məncə, hamıyaSu, hava, çörəktək gərəkdir mahnı.

Vətən torpağına can verənlərəƏn ağır cəbhədə köməkdir mahnı.Yazıram, pozuram, illər uzunu,Canım, ciyərimdir, qanımdır mahnım,Onsuz bir günüm də olmayıb mənim,Ömürlük adımdır, sanımdır mahnım.Quduz, qara yellər heçdir onunçün,Sərhədləri aşan sözümdür mahnı.Tikanlı məftillər heçdir onunçün,Haraylara qoşan özümdür mahnı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине