Unudulmur
Unudulmur mənə dolu ömür sürüb ölənlər,Vətənlə bir qəm yeyənlər, Vətənlə bir gülənlər.Bərəkətli bu torpağın ən dəyərli oğludur –Çörəyini qara gündə çörəksizlə bölənlər.Vətənimin havasını uda bilməz doyunca –Vətən, millət sandığını öz cibləri bilənlər,Nə xoşbəxtdir xəyanəti, küdurəti, həsədiÖz ömrünün kitabından, lüğətindən silənlər.Ey Süleyman, elə yaz ki, sənin odlu nəğməniUnutmasın səndən sonra dünyamıza gələnlər
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-unudulmur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Mən atayam, sən – oğul, xalqımın qarşısındaHər bir hərəkətinçün cavab verməliyəm mən.
VətəndaşMən vətəndaş adlanmaram, doğrusuVətənimin qeyrətini çəkməsəm.
Borcluyam insanlaraDünyaya göz açandan sirdaşımdır ilk bahar,Zəfərlər kitabında öz adım, öz peşəm var.
DüşüncələrSadə bir şairəm, sözüm, söhbətim.Könül dəftərimin varağındadır.