Mən vətəndaş adlanmaram, doğrusuVətənimin qeyrətini çəkməsəm.Məndən sonra gələnlərçin bağımdaMəhəbbətlə beş-on ağac əkməsəm.

Mən bənzərəm xəzan vurmuş yarpağa.Şimşəklərdən paralanmış budağa,Həm əzəlim, həm sonum bu torpağa –Bir fəhlətək alın təri tökməsəm.

Qulaqlarım eşidərmi şad xəbər,Səslənərmi sinəmdəki nəğmələr,Xəzər üstdən dan yerini hər səhərBu qızaran gözlərimlə sökməsəm?!

Sarsılmayıb ürəyimin dözümü,Vətən oğlu bilmərəm heç özümü,Araz boyu bu yol çəkən gözümüAnam dilli o sahilə dikməsəm.

Şair könül düşər gündə min dərdə,Ev yıxanın acığına bu yerdə,Bahar üzlü, bahar gözlü şəhərdəÖz əlimlə gündə bir ev tikməsəm.

Şair kimi görünərəm yetim, tək,Məndən dəyməz insanlara bir köməkÜrəyimin zindanında dəmirtəkMisraları isti-isti döyməsəm!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине