Dübarə-səbarə
Verir müsəlmanə yüz macəra dübarə-səbarə,Edir qəzetlər ona iftira dübarə-səbarə.Biri yazır ki: müsəlman qalıb cəhalət içində;Biri deyir: boğulur qızları səfalət içində.Yazır bir ayrısı: millət ölür zəlalət içində.Hələ “Babayi-Əmir” də çıxıb bu halət içində,Edə bu xalq gününü qara dübarə-səbarəVerir müsəlmanə yüz macəra dübarə-səbarə.Yalandır hər nə qəzetlər yazır, inanmayın anə,Olub müsəlman hamı suyi-elmü fənnə rəvanə;Nə qədər alimi-şair görün dolubdu zəmanə,Gətirdi bizləri, vallah, qəzetçi təngə, amanə.Qaçaq buların əlindən hara dübarə-səbarə?Verir müsəlmanə yüz macəra dübarə-səbarə.
Baxın bu yanda “Nicat”ə, görün o yanda “Səfa”nı,Bu yanda “Nəşri-maarif” batırdı elmə cahanı,Hələ o yanda da “Xeyriyyə” söylə, varmı yalanı?Bu qədər babi-həmiyyət qalan millətdə bəs hanı?Qəzet yazır yenə çunü çəra dübarə-səbarə.Edir müsəlmana yüz macəra dübarə-səbarə.
Deyir ki, milləti-islam xabi-nazə dalıbdır,Yalandı bu, hamı elmi əlinə müslim alıbdır.Dram cəmiyyəti gör, bir cahana lərzə salıbdır.Hələ bu opera cəmiyyəti o yanda qalıbdır.Qoyur hər həftədə beş opera dübarə-səbarə,Qaçaq buların əlindən hara dübarə-səbarə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cabbarli-dubare-sebare
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ey dil, baxırmısan gölü dərya bilənlərə,Zaği-siyahı bülbüli-şeyda bilənlərə.
EşidənlərəSevgilim əhbabi məndən qət ediblər ülfəti,Həp cüyüşi-cəhli-təsxir eləmiş həqiqəti!..
OlmasınPək az sürən baharımın canlı çiçəyi, sevimliSonama, göndərdiyi çiçəklərə qarşı yadigarım
Ədibi-möhtərəm Haşım bəy Vəzirovun rəsminəQəlbim yanır baxınca bu çərxin mədarına,Baxdıqca zülmünə, sitəmi-aşikarına.
Стихи других поэтов · О мудрости
Ay ariflər, nə bəlalı qul oldum,Gecə-gündüz ahu-zara qalmışam.
AriflərEşqin şərabından bir qətrə içən,Əlbəttə, od tutub yanar, ariflər!
DüşsünMüxənnətə can deyəninDili düşsün, dili düşsün.
Əqvalı-hikmətdən müqtəbis bir mənzumKönül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.