Könül, ol talibi-hikmət, - o hikmət kim, həqiqətdir,Həqiqi hikmət ancaq hüsni-siyrətdən ibarətdir.

Həkimi-kamil olmaqçın deyildir çox bilik lazım,Fəqət iqnai-nəfsə müqtədir olmaz kifayətdir.

Zəlalət əhli hər şey kəc anlar, kəc də hökm eylər,O kəs kim, doğru yolu fəhm edər - əhli-fəzilətdir.

Olur aləmdə şəxsin himməti miqdarı-fikrincə,Nə himmət gözlənir ondan ki, əfkarı qəbahətdir?

Pədərlə madərin nəşindən əsla təlxkam olma,Səni təkdiru təzir etsə də, bir dadlı şərbətdir.

Doğuşda ayrılırkən müxtəlif surətlərə insan,Məmatında onu yeksan qılan xaki-nədamətdir.

Cənabı-həq o bəhri-bigiranı-mərhəmətdir kim,Ona mülhəq olan insan şərəfyabı-səadətdir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О мудрости