Xalq oturubdu bağçada badi-baharı gözləyir,Görməmişəm, eşitmişəm rahi-nigarı gözləyir.

Intelligentlər alıb qoltuğuna nigarını,Seyr qılırlar bulvarı, həm də dəniz kənarını.Tez qayıdan kimi evə eyləyir öz naharını.Sonya xanımla əyləşib saqi-üzarı gözləyir,Qanmayır arü qeyrəti, sevgili yarı gözləyir.

Alim olubdu bəzisi, yasin oxur babasına,Külçə görən kimi alıb, tez bürüyür əbasına,Bir baxınız bu yazığın başda olan havasına,Mülki-cahanı tullayıb, özgə diyarı gözləyir,Baği-behişti istəyib, çeşmi-xumarı gözləyir.

Çoxları var ki, hey çəkir millətinin cəfasını,Suzi-dil ilə dinləyir naləsini, nəvasını,Heyf ola millət anlamır vay bunun iddiasını,Harda görürsə der: bular babıdı, narı gözləyir,Millətin ər cavanları zirveyi-darı gözləyir.

Yoxdu qənilərin qəmi, eyləyir eyşi-işrəti,Millətin ehtiyacını görməyə yox bəsirəti,Bircə dilənçi görcəyin cuşə gəlir də qeyrəti.Kibrü qürur ilə gəzib, şəni vüqarı gözləyir,Baxmayır ac qalanlara, beş şahı varı gözləyir.

Bax, küçələrdə seyr edir bir sürü xanimansız,Ac-yalavac zarıldayır arvad-uşaq gümansız;Millət ölür, təbib yox, can verir o, amansız.Sübh sağ idisə hələ vəxti-naharı gözləyir,Yoxdu təbibi-haziqi, künci-məzarı gözləyir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви