Çörək kimi...
Xoşbəxtəm ki, yazıb-pozan şairlərdən biriyəm,İş başında insanların köməyidir şerimiz.Hər şairin mənim kimi öyünməyə haqqı var,Böyük sənət sarayının dirəyidir şerimiz.
Məhəbbətdən söhbət gedən hər mənalı məclisdə,Səadətdən söhbət gedən hər mənalı məclisdə,Sədaqətdən söhbət gedən hər mənalı məclisdəSevənlərin dillərinin bəzəyidir şerimiz.
Ağ günlərdən vəcdə gələn, könülləri dindirən,Gələcəyə addımlayan nəsilləri dindirən,Bir-birinə candan bağlı dost elləri dindirən,Sonsuz, nəcib əməllərin bəzəyidir şerimiz.
Körpə ana bətnində də şeir eşidir anadan,Dünyamıza şair – məncə belə gəlir binadanSüleymanam, səhv etmərəm söyləsəm ki, hər zamanİnsanların çörək kimi gərəyidir şerimiz!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-corek-kimi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Sərdi qanadlarını yerə, xəbərsiz axşam,Həyətdəki bağçaya baxıram pəncərəmdən.
QırqovulMeşədə gəzişirdim bir az ov edim deyə,Bütün hər şey üzümə gülürdü çiçək kimi.
Bir lövhəBakılıtək düşünürəm bayaqdan –Heç belə qış görməmişdim bu yerdə.
Yaroslav Smelyakova məktubYaroslav, danışan Bakıdır, Bakı,Ürəyi alışan Bakıdır, Bakı.
Стихи других поэтов
در گل از رشک رخت صد خار خار افکنده ای
EləsinBir kimsə yox izhar edim dərdimi,Deyim, dursun dərdə dərman eləsin.
Badi-Səba, tərəhhüm elə binavalərəBadi səba,tərəhhüm elə binavalərə,Arzum yetir vətəndə olan aşinələrə.
Ey fələk, netdim həmişə gözləyib azanmıEy fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.