Bilirsənmi, könül, ərzə nə mehmanlar gəlib, getmiş,Ədasıyla necə canlar alan canlar gəlib, getmiş.

Sevilmiş, sevmiş, eşqiylə bəzək olmuş bu dünyaya,Gözəllikdən yaranmış nazlı cananlar gəlib, getmiş.

Bu torpaqdan alıb qüvvət, verib bu torpağa qüvvət,Həyat, zəhmət sevən qeyrətli bağbanlar gəlib, getmiş.

Dühalar var ki, cismən ölsələr də, ruhən ölmürlər,Dilim gəlməz deyəm mən ki, bu insanlar gəlib, getmiş.

Süleyman, yaz-yarat, çünki özün yaxşı bilirsən ki,Bu dünyaya sənintək çox Süleymanlar gəlib, getmiş.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Əbülhəsən xan İqbal

Bu yaxınlarda bir alim dostumuz İran Azərbaycanının məşhur ustad xanəndəsi Əbülhəsən xan İqbaldan da bizə müjdə yetirdi. O, 100-ə yaxın yaşı olan bu müğənninin indi də gənclik təravətilə oxumasını sevinclə bizə bildirdi.Dostumuzu dinlərkən ordu sıralarında Təbrizdə olduğum günlər yadıma düşdü.

4 мин
Mirzəğa əmi

Səhnəmizin nəhəng artisti, xalqımızın sevimli sənətkarı Mirzəğa Əliyevi respublikamızda tanımayan varmı? O, böyük şöhrəti, sonsuz məhəbbəti xalqa, vətənə sədaqətlə xidmət sayəsində qazandı.Mən onu uşaqlığımdan tanıyırdım. Bizim məhəllədə (keçmiş Spasski və Çadrovı küçəsinin tinində) yaşayırdı.

6 мин
İsmayıl Hidayətzadə

İsmayıl Hidayətzadə dedikdə gözlərimiz önündə mənalı, qaynar həyat sürmüş böyük istedada malik sənətkarımız canlanır.Hidayətzadə kimsəyə bənzəmirdi. O özündən əvvəl gələn sənətkarlardan öyrənərək, özünəməxsus orijinal, axtarışlarla dolu sənət yollarında addımlayırdı. Bəstəboy, qarabuğdayı, od baxışlı bu adamın daxilində bir sənət ümmanı dalğalanırdı. O, nə evdə, nə teatrda rahatlıq bilməzdi. Həmişə axtarışda, həmişə səhnəmizin inkişafı üçün düşünməkdəydi.

6 мин
Yada düşənlər

Əziz Əliyevi mən gənclik illərindən tanıyırdım. Onunla ictimai yığıncaqlarda, məclislərdə çox görüşmüşdük. Olduqca sadə, səmimi insan idi. Ondakı incə, duzlu yumor söhbətlərinə məlahət verərdi.Belə oldu ki, Vətən müharibəsi başlananda, Sovet ordusu vətənimizi alman faşizmi təhlükəsindən qorumaq məqsədilə İran torpağına qədəm qoydu (1921-ci il müqaviləsi əsasında). 1941-ci ildə İran ərazisinə daxil olan qoşunlarımızı xalq duz-çörəklə qarşıladı. Lakin xan, mülkədar ailələrinə mənsub yüksək rütbəli zabitlərin qara niyyətləri puça çıxdı. Onların çoxu silahlarını kəndlilərə verib əvəzində kəndli paltarı alaraq təğyiri-libasla Tehrana qədər qaçdılar.

8 мин

Стихи других поэтов · О любви