Şarj-nəzirə

Günlərin bir günündəToyuqların hinindəMəclis qurdu sərçələr,Şairlərdən yamanca qeybət qırdı sərçələr.Dedilər bir ağızdan, “yaddan çıxmışıq tamam,Əndamımız görməyib min ildən çoxdur hamam.Rəhmə gəlin, qırıldıq, hamamsız, camadarsız,Bizi hesab etməyin cəmiyyətdə yararsız”.Təzə mövzu axtaran,Dəryada su axtaranAzarkeşlər söylədi: “səbrinizi basın bir,Bizə qulaq asın bir,Fındığı qoz sərçələr,Üst-başı toz sərçələr.

Məskəni kol sərçələr,Cik-ciki bol sərçələrBiz vacib bilmişik ki,Qərara gəlmişik ki,Bülbüllərin adını dəftərimizdən pozaq,Sizin zəngin daxili aləminizdən yazaq”.

Bu sözdən vəcdə gəldi xırdavatçı sərçələr,Yetənə qaş-göz atdı zarafatçı sərçələr.Dedi: azarkeşlərə mərhəba, milyon kərə,Demirəm ki, on kərə,Vədinə edib əməl,Azarkeşlər əlbəəlTilsim açılsın deyə əziyyətsiz, kökündənAtdılar od içinə sərçələrin tükündən.Coşub-daşdı buludlar,Buynuzlaşdı buludlar,Bu tədbirin bir anda göydən əncamı yağdı,Günbəzli, çarhovuzlu sərçə hamamı yağdı.Bütün adsız sərçələr,İstedadsız sərçələr,Hamama tezdən də tez, sorğusuz buraxıldı.Lakin adlı sərçələr,İstedadlı sərçələrGecdən-gec buraxıldı, yaman yandı, yaxıldı.Onu da ərz edim ki, boşdu hamsının cibi;Bülənd oldu günbəzə sərçələrin cib-cibi.Hava işıqlanmamış saat altı tamamdaErkək, dişi sərçələr çimdi isti hamamda.Biri kisə çəkdirdi baldırına, belinə,Biri həna yaxdırdı ayağına, əlinə.Badımcanı, çəhrayı fitə taxdı sərçələr,Kefə baxdı sərçələr.Hamamdakı tasları dəf yerinə çaldılar...Özləri özlərindən xeyli razı qaldılar.Birgə yallı getdilər dırnaq üstə, doyunca,Yoruldular...

Axşamın gəldiyini duyuncaAldadıb hamamçını bizim usta sərçələr,Əkildilər birbəbir asta-asta sərçələr.Oxucum, demirəm ki, sənsiz qaldı sərçələr,Cibləri boş, yetimtək mənsiz qaldı sərçələr.Demirəm ki, dumansız, çənsiz qaldı sərçələr.Tərtəmiz küçələrdə dənsiz qaldı sərçələr.Baş vurdular nəhayət, yolda bir gülüstana,Bülbüllərdən borc alıb cumdular restorana,Quyruğu top sərçələr,Mahnısı gop sərçələrBir az araq vurdular,Bir az konyak vurdular.Mahir təlxək sərçələr,Dili pəltək sərçələr.Girişdilər söhbətə,Bülbüllərdən qeybətə.Sərçələr, ay sərçələr,Nimçəsi ay sərçələr,Baldırı çöp sərçələr.Mədəsi küp sərçələrƏgər belə gedərsə, ya hənək, ya dəyənək –İtlərin, pişiklərin hamamı yağsın gərək!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира