Həmidə! (2 fevral)
Bakı
Həmidə xanıma, Münəvvər və Müzəffərə dostluq salamı! Poçtla göndərilən quşları alıb ləzzətlə yedik. Jurnalın taleyi yaxın günlərdə həll olunacaq və nəticəsini biləcəksiniz. O zaman Həmidə xanımın Bakıya köçüb gəlməyi məsələsi də həll olunacaq.
Hələlik. İşiniz avand olsun.
Cəlil
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-hemide-2-fevral
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hərçənd ki, bu məqaləmin adını mən başdan “Allah” – deyə yazıram, ancaq burada mən “Allah”dan danışmaq istəmirəm, yeni hürufatdan və köhnə hürufatdan danışmaq istəyirəm.Başdan “cənab Allahın” adını zikr eləməyimin də iki səbəbi var: bir səbəbi budur ki, ümumiyyətlə, hər bir işə iqdam edən hər əhliimanın borcudur ki, yeri-göyü yox yerdən yaradan xaliqi yada salsın.
Müftə şöhrətİki qəbil söhbət dünyada vardır: biri – müftə şöhrət, biri-qiymətli şöhrət.Qiymətli şöhrət elə bir şöhrətdir ki, onu qazanmaq üçün gərək zəhmət və qeyrət sərf edəsən, ya bir qabiliyyət göstərəsən.
Yaşasın belə millətRus-Yapon davasından sonra, Qafqaz millətlərinin burnuna bir cüzvü hürriyyət qoxusu dəyən kimi, qəzetlər hərə öz millətini alqışlamağa başlamışdılar. Habelə o vaxt Bakıda çıxan türk qəzetləri də bir səs ilə bağırırdılar:– Yaşasın belə millət, yəni yaşasın bizim türk milləti!
Qırmızı hərflər və bistü həştüm“Azərnəşr” mətbəəsinin xidmətçiləri türk təqvimini düzəndə səfər ayının iyirmi səkkizinci gününü qırmızı hərflər ilə çap eləyiblər.Bunun mənası budur ki, necəki məlumdur qırmızı rəng inqilab əlamətidir.