Qırmızı hərflər və bistü həştüm
“Azərnəşr” mətbəəsinin xidmətçiləri türk təqvimini düzəndə səfər ayının iyirmi səkkizinci gününü qırmızı hərflər ilə çap eləyiblər.
Bunun mənası budur ki, necəki məlumdur qırmızı rəng inqilab əlamətidir.
Ancaq, çünki “Molla Nəsrəddin”in oxucularının bir parası avamdır və tarixə lazımınca aşina deyillər, ola bilər ki, bu sözlərin mənasını dərk edə bilməyələr. Səbəb budur ki, qırmızı rəngi bizim camaatımız doğrudan da həməvəqt inqilab əlaməti hesab ediblər. Belə olanda, ola bilər ki, avam oxucularımızın bir parası bu sualın müqabilində aciz qalalar ki, aya bistü həştüm gününün inqilaba nə dəxli var? İnqilab əlaməti olan qırmızı rəng və qırmızı hərflər ilə səfər ayının iyirmi səkkizinci gününü qeyd etməyin mənası nədir?...
Biz Molla əminin yazıçıları bunu boynumuza götürürük və ərəblər demişkən etiraf edirik ki, biz özümüz də bunu başa düşmürük ki, bunun hikməti nədir və nə səbəbə “Azərnəşr” mətbəəsinin dindar xidmətçiləri səfər ayının iyirmi səkkizinci gününü seyid rəngi olan göy və yaşıl rəngi ilə rəngləmək əvəzində, həmən günü inqilab rəngi hesab olunan qırmızı rəng ilə rəngləyiblər.
Əgər Tehranda çap olunan “Vətən” qəzetəsinin iyirmi birinci nömrəsi bu gün əlimizə çatmasaydı, həqiqətdə yuxarıda zikr olunan məsələyə biz bir yandan cavab tapa bilməyəcəydik.
“Vətən” qəzetəsi iyirmi birinci nömrəsinin baş məqaləsində meydana qoyduğu fikir vaqiən bir kəşf dərəcəsində təzə bir fikirdir. Heç təfavütü yoxdur ki, birisi aylar ilə dəryaları seyr edib, bir yeni dünya kəşf edir. O birisi də öz kabinəsində oturub, insanlara yeni bir xəbər verir, təzə bir əqidə izhar edir, meydana qəribə bir məsələ atır ki, indiyədək heç bir kəs onu eşitməmiş olur.
“Vətən” qəzetəsi yazır ki, Bakıda nəşr olunan təqvimdə Hüseyn əleyhüssalamın əza günlərinin qırmızı rəng ilə rənglənməyinin səbəbi budur ki, Seyyidüşşühəda Hüseyn ibn Əli öz şəhadəti ilə elə bir böyük inqilab icad etdi ki, dünya xəlq olunandan indiyədək heç bir insan elə inqilabı törədə bilməyibdir.
Qəzetə həmin məqalədə bunu da yazır ki, Hüseyn əleyhüssalam bu şəhadəti qəsdən qəbul etdi. Və illa o qədər ki, müsəlmanlar Bəni- Haşim xanəbadasına mayil idilər, kifayət qədərincə qoşun cəm edib, çox asanlıqla müxaliflərə qalib gələrdi. Ancaq istəmədi. Səbəbi bu idi ki, imami-şəhid bunu bilirdi ki, bu dünya üç günlük bir dünyadır. Bu bivəfa dünyanın hər bir həşəmət və calalının axırı yenə ölümdür. Bəs, şəhid olub, axirətdə baği bir səadət qazanmaq dünya xoşbəxtliyindən əfzəldir.
İndi biz də Qasım bəy məscidində ərbəin günü başlarına vuran mömin müsəlman qardaşları görəndə bilmirik hansına inanaq?
Əgər sizin imamınız doğrudan öz meyl və məhəbbəti ilə şəhadəti qəbul etdi və indi cənnətin əla dərəcəsində hurilərlə gününü keçirir, bəs, daxi siz niyə keçəl başlarınıza çırpırsınız, ey Şeytan bazarın
keçəl-küçül hacı, məşədiləri?...
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 23 avqust 1928, №34
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-qirmizi-herfler-ve-bistu-hestum
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dünən ittifaqən Həmidədən bildim ki, mən Tiflisdən buraya gələndən sonra jurnalı litoqrafiyada tək-tək çap etdirmisən, nəinki iki nömrəni bir daşda. Guya material olmamağı buna bais olub. Heyf ki, mənə bu əhvalatı heç yazmıyıbsan. Əgər bilsəydim, razı olmazdım, çünki belədə çap baha oturur. Bu xüsusda mənə müfəssəl yaz görüm əhval nə cürdür və nə səbəbə mətbəə buna razı olub, görə-görə ki, belədə çox təfavütü var. Bundan sonra nə qayda üzrə qabaqlarda idi, helə də çap etdir ki, iki nömrə birdən çap olunsun.Sabirin əhvalından mənə hər dəfə yaz.
Əzizim Məmmədəli! (14 may 1911)Yüz manat çatıbdır. Bu gün açıq kağızın da çatdı. Amma təəccüb ki, Rəştdən Həsən Ağa Həriri giley yazır, çünki onun jurnalı ləng gedir.Sən hesabları çox yubadırsan. Bunun hər bir zərərindən savayı, bir böyük zərəri də budur ki, beləlikdə mən heç bilə bilmirəm ki, məsələn, nə qədər jurnal göndərim. Çünki belə məlum olur ki, sən (jurnalın) satıla bilməyib qalmağına və geri gəlməyinə əhəmiyyət vermirsən. Bir surətdə ki, kağızın indiki bahalığı əsrində bunun ziyanı küllidir. Odur ki, hər həftə açıq kağızla yaz ki, filan qədər satılıb və filan qədər qalıb ki, ona görə də mən Bakı üçün jurnal çap elətdirim. Hesabları da iki həftədən uzağa heç qoyma. Amma indi yeddinci nömrədən başlamış sabah on ikinci nömrə çap olunur ki, hesabını sən mənə göndərməlisən. Bunun vəchindən mənə çatıb 50 və dünən 100 manat.
Həmidə! (10 oktyabr 1911)Yadımdan çıxdı sənə xatırladım ki, dəmir yolu ilə gələndə yumşaq vaqona bilet alasan, çünki xəstəsən, gərək yolu rahat gələsən.Cəlil
Əzizim Həmidə! (14 dekabr 1911)Allaha şükür, hamımız yaxşıyıq. Uşaqlar lap yaxşıdırlar. Müzəffər də tez-tez bizə gəlir. Ancaq hamımız sənin üçün darıxırıq.Tiflis elə yaxşıdır ki... Havalar lap yaz havasıdır. İşlərini qurtar, gürcüləri burax, oranı bir adama tapşırıb gəl.
Стихи других поэтов · Сатира
Saqi, dolanım başına, Allahı sevərsən,Bir cami-şoveqgun ilə qıl könlümü rövşən.
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Ədəbiyyat (“Kəlniyət!” Ey dərdimizin dərmanı”)“Kəlniyət!” Ey dərdimizin dərmanı,Dinlə, sözüm çox da deyil tulanı,
Rövzəxanın şikayətiKöhnəlik dövrü keçib, tazə hava tapmalıyıq,Xalqı aldatmağa ahənki-nəva tapmalıyıq.