Millət qurbanları
Ay Molla Nəsrəddin baba, sən axır bir təcrübəli qoca kişisən, sən Allah bir məni başa sal görüm, millət yolunda can və malı fəda eləmək nə sözdür?
Məsələn, belə tutaq ki, birisi deyir “mən millət yolunda canımı və malımı fəda etmişəm”. Mən ha fikirləşirəm, heç bu sözlərin mənasını başa düşə bilmirəm.
Dünən, məsələn, kitab dükanına getdim ki, bir cild “Məsalikülmöhsinin” alım. Soruşdum qiyməti neçədir? Kitabçı cavab verdi ki, qiyməti üç manatdır. Dedim bəlkə bu kitabçı bahacıldır, getdim bir özgə dükandan soruşdum, genə üç manat dedilər.
İndi, ay Molla əmi, sən Allah bir məni başa sal görüm, millət yolunda malı fəda etməyin mənası nədir?
Bağışla, Molla əmi, başağrısı verirəm, amma yadımdadır keçən vaxtlarda cənab Talıbov “İrşad” qəzetində yazmışdı ki, “mən malımı millət yolunda fəda etmişəm”. Mən o vədə elə güman etdim ki, bəlkə cənab Talıbov əvvəl dövlətli adam imiş və var-yoxunu xərcləyib İran uşaqları üçün məktəb-zad açıb, ya vətən yolunda böyük pullar məsrəf edib və axırda özü kasıbçılığa düşüb. Amma sonra xəbərdar oldum ki, bunların heç birisi deyil və xəbərdar oldum ki, əvvəl Talıbov bir kasıb adam imiş, amma indi böyük dövlət qazınıb.
Genə fikrə getdim, dedim pəs görəsən bu ki, yazır “mən malımı millət yolunda fəda etdim”, pəs bu sözlərin mənası nədir?
Axırda xəbərdar oldum ki, cənab Talıbov kitab yazandır. Dedim hə, indi başa düşdüm və yəqin elədim ki, cənab Talıbov əlbət kitab yazır müsəlman qardaşlarına müftə paylayır ki, oxuyub adam olsunlar.
Molla əmi, hələ bir mən ölüm de görüm yazacaqsanmı mənim bu sözlərimi ya yox?
Molla əmi, indi eşidirəm ki, cənab Talıbov yazdığı kitabların hamısı satılıb, məsələn, “Kitabi-Əhməd” – bir cildi iki manat, “Məsailülhəyat” – bir cildi bir manat, “Məsalikül-möhsinin” – bir cildi üç manat.
Molla əmi, sən Allah, incimə məndən, amma bir-iki mətbəəyə gedib kitab çap eləmək işlərini öyrəndim və hər yanda mənə cavab verdilər ki, bu kitablar hamısı qiymətindən üç baha satılır.
İndi mən cənab Talıbovun sözlərini yadıma salıram və nə qədər fikirləşirəm, fikirləşirəm, başa düşə bilmirəm ki, millət yolunda malı fəda etməyin mənası nədir? Sən Allah, Molla əmi, bir bax lüğətinə. Molla əmi, istəyirəm bir söz də deyim. İndi ki, başağrısı oldu, qoy sözümü deyim qurtarım.
Cənab Talıbov “İrşad” da yazmışdı ki, malından savayı canını da millət yolunda fəda edib.
Molla əmi, dəxi bu barədə mənim heç sözüm yoxdur: ancaq Teymurxan şuraya yolu düşən və cənab Talıbovun zindəganlığından xəbərdar olan iranlı qardaşlarımı bir dənə Allaha and verirəm, qoy desinlər: İranın hansı sərdarından, xanından və vəzirindən cənab Talıbovun istirahı, səadəti və cəlalı əskikdir?
Bağışla, Molla əmi, bəlkə mən qanmıram, avam adamam, amma onu bilirəm ki, canını millət yolunda fəda eləyən bu cür dövlət və cəlal sevməz. Belə olanda mən də arzu elərəm ki, cənab Talıbovun canı kimi kaş mənim də canım millət yolunda fəda olsun.
Hələ ki, xudahafiz, Molla əmi!
İmza: Millət yolunda canını və malını fəda edən bir nəfər Canfəda.
“Molla Nəsrəddin”, 26 may 1907, №21
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-millet-qurbanlari
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.
UşaqbazlıqMən demirəm ki, uşaqbazlıq pis şeydir və heç kəs demir ki, uşaqbazlıq pis şeydir. Mən heç müsəlmandan eşitməmişəm ki, uşaqbazlıq pis şeydir və heç bir vaiz indiyədək deməyibdi ki, uşaqbazlıq pis şeydir. Və çünki indiyədək heç kəs deməyibdir ki, uşaqbazlıq pis şeydir, mən də cürət eləmirəm, deyim ki, uşaqbazlıq pis şeydir.Dünyada çox şey var ki, bəndə bilmir, amma Allah-taala hər bir şeyi bilir. Mən çox da deyirəm ki, firəng milləti ingilis millətindən yaxşıdır, yainki yapon milləti ermənidən yaxşıdır, yainki rus milləti yapon millətindən yaxşıdır, yainki müsəlman millətləri qeyr millətlərin hamısından yaxşıdır, bunları hərə bir cür başa düşür, amma heç kəs bu işləri necə ki lazımdır bilmir, çünki heç kəs bu millətləri görməyib və biz özümüz bu barədə bir şey deyə bilmirik, çünki müsəlmandan savayı bir özgə millət görməmişik və görmək də çətindir, çünki millətlərin hərəsi dünyanın bir guşəsindədir.
Lay-layƏvvəla cənab Hop-hopdan çox təvəqqə edirik ki, biz təbrizlilərə və bizim hürriyyətə sataşmasın.Lay-lay hürriyyət!
Aşina sədasıAşina danəd sədayi-aşina*Mənim aşnam “Təzə həyat”ın 119-cu nömrəsində həcc məsələsindən söhbət açanda, söz yox, bilmirdi ki, onun “Aşina sədası”nı hamıdan qabaq Molla Nəsrəddin eşidəcək.
Стихи других поэтов · Сатира
Mən ölüm, gəl bizə bir dəfə qonaq, Kirpi dayı!Almışıq bir təzə, əntiqə otaq, Kirpi dayı!
“Səni mən sevməyirəm, sevməyirəm...”Bir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Piranəsərlikdə çərxi-kəcrəftarMirzə Fətəliyə*Piranəsərlikdə çərxi-kəcrəftar