Cəfəngiyat
Hər kəs “Həblül-mətin” ruznaməsinin 97-ci nömrəsini, “Füyuzat”ın 26-cı nömrəsini və “Vəqt” qəzetinin 210-cu nömrəsini oxuyub, – bizim bu cəfəngiyatı da başa düşəcək, amma hər kəs oxumayıb, başa düşməyəcək.
Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, belə bir vaxtda nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik.
“Vəqt” qəzeti yazır ki, avqustun 22-də Həştərxanda iki minə qədər müsəlman bir yerə cəm olub, vəbanı toxtatmaq qəsdilə 43 qoyun qurban kəsiblər.
“Füyuzat” da möhtərəm şairimiz M.Hadi cənabları yazır ki, Şirvanda Qobıstan “Şıx babası” kimi lotular (yainki hamısı birdi, Həmid paşalar) Allahlıq iddiası edirlər.
“Həblül-mətin” yazır ki, Frəngistanda birisi ki, istəyir alim ola, gərək gecələr yatmayıb zəhmət çəkə, elm oxuya, bir klasdan o biri klasa keçə. Axırda imtahan tuta və şəhadətnamə ala. Amma İranda birisi gecə yatır və sübh yerindən duranda neçə xalvar elm və kamal sahibi olur, dəxi heç kəsi bəyənmir və hamını cahil, amma özünü nadiri-dəhr hesab eləyir.
“Dər frəng ta fizik və şimi və təşrih və botanik və fizioloji və… ra nəxandə və dər məhkəmeyi-ətibba çəndin sal təcarüb nəkərdə başəd enani-bimarani-natəvanra bekəfi-ixtiyari-kəsi nəmisüparənd. Lakin dər İran yek əmmameyi-tirmə və yek lulə və qələmdan və təsbih dəlili danistəni-tibbi-qədim və do kəlmə fransəvi bürhani-xandənitibbi-cədid əst və ümumi-mərəzi tüyuli-həzərati işan”.
Bu işlərin hamısını görəndə Ziya paşanın sözləri adamın yadına düşür:
Vabəstədir xəyalına əfalı hər kəsin.
Gah vaxt olubdur ki, bəzilər bizdən soruşublar ki, nə səbəbə siyasətdən, dumadan, hüquqdan, hürriyyət və müsavatdan çoxluca bəhs eləmirik. Amma bizdən bunu soruşan ağalardan təvəqqə edirik bizə cavab versinlər görək, aya mümkündürmü vəbanı dayandırmaq üçün 43 qoyun kəsən bir millətə, bir cahil lotunu özünə, haşa, Allah bilən bir camaata həmişə dumadan və siyasətdən bəhs etmək?
Biz belə qanırıq ki, xəyal, fikir və əqidə düzəlməsə, fel heç vaxt düzəlməz; o səbəbə ki, ikinci birincilərə tabedir; ondan ötəri ki, “vabəstədir xəyalına əf alı hər kəsin”.
Molla Nəsrəddin
“Molla Nəsrəddin”, 24 sentyabr 1907, №36
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-cefengiyat-2
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təzə il gəldi yetişdi. Amma, doğrusu, köhnə ilə çatmaz. Məsələn, keçən il məscidlərimizin ehtiramı artıq dərəcədə idi, amma bu il Bakıda da, Gəncədə də müsəlmanları məscidə zornan çəkib gətirirlər. Keçən il İrəvan məscidində məhərrəmlikdə elə bir cəlal var idi ki, əcnəbilər uzaqdan baxıb həsəd aparırdılar.Məsələn, keçən məhərrəmlikdə iki zaviyədə və iki şəbistanda yüz pul şəkər işlənib, bir gecədə samovarlara min beş yüz sənək su daşınıb. Hər gecə iki boçka neft yanıb, iki put qəlyan tənbəkisi məsarif olunub. Amma bu il, rəvayətə görə, o qədər hazırlıq görsənmir. Hacı Həcmüddövlənin təqvimində də bu təzə ili pis yazıblar. Genə bərəkət keçən ilə.
Nişanlı bir qızMüzlüm gecədə nişanlı bir qızBir hüznü ələm içində yalqız,
DüşmənlərBizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qismdir:Bir qismi mömün çinovniklər və yarımçıq qoca “intelligent”lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyif ki, bir az axmaqdırlar.
DinMən çox qorxuram bir vaxt ola ki, din əldən gedə. Və buna neçə dəlillərim var.Bu il məhərrəmlikdə Xasayurt ağsaqqalları iki yüz əlli min manat verib, rövzəxan Molla Əbdülhüseyn cənablarını gətiriblər ki, mərsiyə oxusun. On günün ərzində mərsiyəxan cənabları iki yüz əlli söz danışdı: yəni sözün birini bir manata satdı və bu gözəl sözlərin biri də bu idi ki, “Həzrət Abbas təpiyi ilə yüz həştad min qoşun öldürdü…”.
Стихи других поэтов · Сатира
Gəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Görün bu çərxi-dunpərvər nə növi ruzigar eylərGörün bu çərxi-dunpərvər nə növi ruzigar eylər,Çəkib ağuşuna hər naqisi kamil əyar eylər,
Orucluğun proqrammasıGəldi yenə orucluqMeydanə, ay can, ay can!
Yoxsa yoxBu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?