Düşmənlər
Bizim oxumuşların bəzisi aşura günü düşür baş yaranların qabağına və ağlaya-ağlaya dəstələr ilə bərabər dolanır. Bunlar iki qismdir:
Bir qismi mömün çinovniklər və yarımçıq qoca “intelligent”lərdir ki, ölümün yaxınlaşmağını görüb, istəyirlər bəlkə asan vəch ilə bir qədər savab qazanalar. Bu qism “intelligent”lərimiz filcümlə yaxşı adamdırlar. Amma heyif ki, bir az axmaqdırlar.
Bir qismi də batində dinsiz, amma zahirdə özlərini camaatın nəzərində dindar qələmə verən oxumuşlarımızdır. Bunların çoxu qəzet yazanlarımızdır; amma içlərində tək-tük həkimlər və vəkillər də görükür. Bəzən də heç bir sənətin sahibi olmayıb, camaat arasında gəzən və camaat içində bəzi məmuriyyətlərə intixab olunmaq axtaran şəxslərdir. Və çünki bunların hamısı bir növ camaata möhtacdırlar, – bu səbəbdən hər bir bicliyi qəbul eləyirlər ki, avama xoş gəlsinlər və bu yol ilə camaatı öz tərəflərinə çəkib nüfuz qazansınlar. Bunlar da yaxşı adamlardır, amma şarlatandırlar.
Söz yox ağlamaq lazımdır.
Hər kəsdə vətən və millət məhəbbəti olsa, aşura günü çıxar bir uca yerə və müsəlman aləminə tamaşa eləyib, tez yenib gedər evinə və iki əlli başına vura-vura deyər:
– Ax, biçarə qardaşlar, ax uzunqulaqlar!..
Amma Allahın heyvanlarının oyunbazlıqlarına etina eləmək və nadan kərbəlayı və məşədilərin vəhşiliklərinə hələ bir növ gedib şərik olmaq – haramzadalıqdır!
Molla Nəsrəddinin borcu keçəl qardaşları xəbərdar eləməkdir ki, düşmənlərini tanısınlar.
Eşidən eşidər, – eşitməyənin canı cəhənnəmə!
Molla Nəsrəddin
“Molla Nəsrəddin” 1910, №3
Kitabxana.az · https://kitabxana.az/ru/works/memmedquluzade-dusmenler
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
İran fəhlələri vətənlərinə gedən zaman mən vağzalda idim. Üst-başı cırıq, çirkli, küt nəzərlərində-qorxu ifadəsi. Onlar ürkmüş surü kimi bir-birinə qısılaraq, yerdə oturmuşdular.Demək, bizdən gedirsiniz, ey İranın yazıq övladları! Cırım-cındırlı, çirkli gedirsiniz! Sizin taleyiniz olduqca acıdır. Mən bilirəm ki, orada, uzaq vətəndə, sizin əhli-əyalınız sizdən çörək gözləyirlər. Yalnız bunun üçün də siz bizə gəlmişdiniz. İndi isə cırım-cındır, çirk içində, əliboş gedirsiniz. Siz nəinki burada öz ailələriniz üçün çörək pulu qazanmadınız, hətta öz qohumlarınızı da burada itirdiniz. Siz yaxşı bilirsiniz ki, orada, vətəndə, siz öz uşaqlarınız ilə bəlkə də ac qalacaqsınız. Buna baxmayaraq, siz yenə də gedirsiniz. Siz haqlısınız, min dəfə haqlısınız. Bir yerdə ki adamlar öz qonşularını, öz uşaqlıq yoldaşlarını öldürürlər, bir yerdə ki onlar yüz illərlə bir küçədə, bir həyətdə, bir evdə yaşadıqları öz dünənki dostlarının var-yoxunu yandırırlar, bir yerdə ki adamlar bu cür igidlik göstərirlər və bunu nə üçün etdiklərini özləri də bilmirlər, – belə yerdə yaşamağa dəyməz.
ƏsarətdəBöyük Şərq şəhərinin limanında yüzlərcə əcnəbi gəmisinə tələm-tələsik yük doldurub, yük boşaldırdılar...Minlərcə çinli, koreyalı yapon və rus fəhləsi üzlərində gərginlik, gözləri qan-yaşla dolu halda əcnəbi mallarla yüklənmiş ağır tayları və yeşikləri çəkib gətirir, onları təngnəfəs eləyən yükün ağırlığı altında tövşüyə-tövşüyə nəfəs alırdılar... Parlaq, mehriban günəş hambalların açıq kürəklərini, sinələrini və əllərini yandırır, elə bil istəyirdi ki, yoxsul əməkçilərin göz yaşlarını və qan-tərini qurutsun.
İdarəmizin əhvalatından bir neçə sözAşnalarımızdan bəzisi bizə məktub göndərib xahiş edir ki, onlara idarəmizin əhvalından bir neçə məlumat yazıb bildirək, məsələn, neçə müştərimiz var, kimdir bu müştərilər, hansı şəhərlərdən məcmuəmizə artıq həvəs ilə abunə yazılırlar, nə qism məktublar bizə göndərirlər və ilax...Məcmuənin dördüncü nömrəsi iyirmi beş min nüsxə qədərincə çap olundu. Bu iyirmi beş mindən on səkkiz min dörd yüz otuz iki nüsxə doqquz aylıq, altı aylıq və üç aylıq müştərilərə göndərilir. Qalanı tək-tək satmaq üçün özgə şəhərlərə yollanır.
“Qeyrət” mətbəəsiTiflisdə təzə açılan “Qeyrət” mətbəəsində türkcə, farsca, ərəbcə və rusca hər cür kitab, dəftər, hesabnamə, paket (zərf), ziyarət kağızçası (kartışka) və özgə hər növ ticarət-sövdagar və zavod kağızları çap edilir.“Qeyrət” mətbəəsində çap ediləcək kitab və kağızlar Rusiyadakı müsəlman hərflərinin ən son və yaxşısı ilə basılacağı kimi, çap qiyməti də mümkün dərəcədə ucuz olacaqdır. “Qeyrət” mətbəəsi həmişə sifarişlərin gözəl təb edilməsinə, vaxtında hazır olmağına və ucuz çap etmək ilə müsəlmanca əsərlərin nəşrinə xidmət edəcəkdir.
Стихи других поэтов · Сатира
Sür ömrünü, çək ləzzətıni can ele düşməz,Heç bir belə gün, bir bele dovran ele düşmez.
Yaşamaq istər isək sırf əvam olmalıyız!Погрузимся в невежество, век в темноте проживем.Человеческий образ утратим и ползать начнем.
Məktəb nəyə lazım?Bica söz imiş məktəbi-irfan, məni tari,Bifaidədir dərsi-dəbistan, məni tari.
O nədirSəndən xəbər alım haq bilən aşiq,O nədir ki, sözü vardır, özü yox?