Bu yuxudan, bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?Büğzü ədavət daşını tullayıb,Bir-birinə yar olacaq, yoxsa yox?Qıl nəzər ətrafa, görərsən o dəm:Milləti-islam qoyun tək yatıb;Qarətü qətlə verib öz fikrini,Qeyrəti namusu kökündən atıb,Irzü həyavü ədəbin cümləsinCifeyi dünyayə satıbdır, satıb.Böylə keçərsə əgər on səkkiz il,Millətimiz xar olacaq, yoxsa yox?Bu yuxudan bilmirəm, islamiyanBir kərə bidar olacaq, yoxsa yox?

Rəxnə əgər düşsə bütün aləmə,Eyləməyir millətə əsla əsər.Cəhlü nifaqə verib öz fikrini,Ömrü rəzalətlə keçir sərbəsər.Hamı müqəvva kimi biruhü can,Çanta dalında dolaşır dərbədər.Xabi-cəhalətdə yatan, söyləyin,Axırı bidar olacaq, yoxsa yox?Bu yuxudan milləti-islamiyanBir kərə bidar olacaq, yoxsa yox?

Cəngi-cidalə qızışıb qəzetlər,Söhbəti-millət unudulmuş tamam,Bir-birini söyməyə adət edibQəztəçilər-məztəçilər sübhü şam.Kinü qərəzdir hara qılsan nəzər,Illər ilə... eylər davam,Qəztəçisi kinli olan millətinBəs özü qəddar olacaq, yoxsa yox?Bu yuxudan milləti-islamiyanBir kərə bidar olacaq, yoxsa yox?

Məhv olacaq füqr ilə biçarələr,Cümləsi imdadə qalıb intizar.Leyk qənilər hamı işrətdədir,Millət işindən çəkilibdir kənar;Hər gecə bulvarda, klubda gəzir,Anna xanımla eləyir iftixar.Naləvü fəryada qulaq verməyən,Söylə görüm kar olacaq, yoxsa yox?Bu yuxudan milləti-islamiyanBir kərə bidar olacaq, yoxsa yox?

Tapdı səadət yolunu qeyrilərElmə könül vermək ilə hər zaman.Leyk müsəlman hələ də mürgülər.Durmağa da zərrəcə yoxdur güman.Rəmlə baxanda belə məlum olur:Çox yatacaqdır hələ islamiyan.Sonra ayıldıqda, bunu bilmirəmLayiqi-kandar olacaq, yoxsa yox?Bu yuxudan, milləti-islamiyanBir kərə bidar olacaq, yoxsa yox?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине