Necə dönsün fələyin çərxi ki, dünya yükü var,Necə sönsün bu yanan şəm ki, sevda yükü var.

Necə qan ağlamasın göydə bu gün qarə bulud,Xəzərim üstə əgər bir qara sevda yükü var.

Dedim, ey yad, mənim tutma bu ağ balığımı,Dedi yazıq üzə bilmir qara «ikra» yükü var.

Nə qədər qız gəlinim qalmış əsir ermənidə,Papaq altındakının rəsmdü rüsva yükü var.

Demə «Azadlığımız» təmirə möhtac imiş,Demə boynunda merin saxta bir icra yükü var.

Xəzərin sahilini böylə ki, zəbt eyləmisən,Ora bir gün dəyəcək şillədə dərya yükü var.

Otuz il kafirə Sənan da çobanlıq elədi,Nə biləydi bu işin həşrdə tərsa yükü var.

Babanın sözlərini haqq mizanıyla çəkin,Ona haqdan gələn hər kəlmədə məna yükü var.

3 sentyabr 1998. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов