Dərdi verən dərmanı neynəyirsən?Mərdi qovan fərmanı neynəyirsən?

Qan bir olan düşmənimiz var ikən,Qansız olan düşmanı neynəyirsən?

Başda çəkic, boynun oraq içrədir,Əldəki bu qalxanı neynəyirsən?

Topxanadan «top»lar atan meydana,Top kimidir toplanı neynəyirsən?

Can verə bilmirsən əgər xalqına,Əzrayıla ver canı neynəyirsən?

Qardaşı qalxırsa əlin vurmağa,Get kəfən al formanı neynəyirsən?

Bir belə qurban gedənin var əgər,Xərcə düşüb heyvanı neynəyirsən?

Dövlətə lazımsa qolu zorlular,Qolsuz olan oğlanı neynəyirsən?

İqtidarın oynadığı yallıda,Varsan əgər meydanı neynəyirsən?

Hər nə yazırsansa çıxır aşkara,Ay Baba, bəs Pünhanı neynəyirsən?

7 oktyabr 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов