Səndə Çaplindən füzun, artistlik istedadı var,Əsl artist sənsən, o Çaplinin ancaq adı var.

İblis oddan olduğuyçun, düşdü odlar yurduna,Gördü, nəslindən bu yurdda «N» qədər övladı var.

Ta ki, sandıqlar açıldı, gəldi pambıqlar yerə,Bildi ellər, pambıq ilə baş kəsən cəlladı var.

Şirin üçün dağ çapan Fərhad acından an verir,Şirinin, ondan xəcalətdən qaçan Fərhadı var.

Gör neçə illər keçib, zalım unutmur, «Əsli»niEşqə bir bax, indiyəcən erməni «arvadı» var.

Pusdular, pusdurdular, axır tutub susdular,Örtdülər, basdırdılar, qəbrində hər abadı var.

Tayfabazlar rəqsinə gir, sən də bir beldən yapış,Söykə, həm söykən, desinlər milli bir «lambadı» var.

Pünhanam, haqq sözlərimlə, haqq ziyasın paylaram,Ol kəsə düşməz bu paydan kim, onun «həmzadı» var.

10 fevral 1999. Bakı

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине