Bu vəhabi lənətulla
İmama qoyub qadağa, bu vəhabi lənətulla,Vahaba gedir sadağa, bu vəhabi lənətulla.
O zamanlar ingilisdən, ərəbə qonaq gələndə,Özünü satıb qonağa, bu vəhabi lənətulla.
Bu nahaq cahanda İblis, hələlik şah olduğuyçün,Bəşəri salıb marağa, bu vəhabi lənətulla.
Neçə hüccətin məzarın, dağıdıb-söküb Bəqidə,Polisi düzüb qabağa, bu vəhabi lənətulla.
Əli Kəbədə doğulmuş, odu ki, təvaf edəndə,Dodağın sıxar dodağa, bu vəhabi lənətulla.
Nə bilir nədir imamlıq, nə bilir nədir seyidlik,Nə bilir nədir Ətağa, bu vəhabi lənətulla.
Bakıya gəlib ki, bir gün, "Vahab"ı oturda təxtə,Bizi tullaya qırağa, bu vəhabi lənətulla.
Kralın sərəncamıyla, dolaşıb şəhərdə qoymur,Satıla Nəhcül-Bəlağə, bu vəhabi lənətulla.
Gələr öylə bir zaman ki, kəsilər dili kökündən,İmamı qoyanda lağa, bu vəhabi lənətulla.
Zamanın gəlir İmamı, İmamın çatıb məqamı,Başını çəkir çomağa, bu vəhabi lənətulla.
Açılanda sirri-Quran, ucalanda ərşə Pünhan,Büzüşüb dönər yumağa, bu vəhabi lənətulla.
3 may, 2001
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-bu-vehabi-lenetulla
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Başqanı başdan-başa düzdürmüşəm,Sanki qaranı aşa düzdürmüşəm.
Qeyd edir çiynimdəkiMən həvadan yazmıram, haqqdan gəlir beynimdəki,Ağ varaqlar üstə sonra həkk olur zeynimdəki.
Qoyun çobanı gəzdirirKülək əsir yavaş-yavaş, təmiz havanı gəzdirir,Sözün sədası şairi, eli-obanı gəzdirir.
Əcdadı bilinmirBir tazə qurum qurduq, onun adı bilinmir,Gün qarə olan yerdə, balın dadı bilinmir.
Стихи других поэтов
Sənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram
Şahpalut"Şahpalut" necə xoşca yaraşır aş üstə,Odə çox xoş yazasan göndərrəm baş üstə
Mürəbbe: Vəd verib mənə gələm demişdinVəd verib mənə gələm demişdin,Gözüm qaldı intizarda gəlmədin.
Gəraylı: Aşiqlik peşəsin qıldımAşiqlik peşəsin qıldım,Namusdan, ardan ayrıldım,