Qeyd edir çiynimdəki
Mən həvadan yazmıram, haqqdan gəlir beynimdəki,Ağ varaqlar üstə sonra həkk olur zeynimdəki.
«La fəta illa Əli, la seyfə illa Zülfüqar»,Bu Əlinin sirridir ki, sirri – Ya Sinimdəki.
Sorma gəl məndən, sənin həqq olduğun hardan bilim,Yaxşı bax, haqqın üzüynən eynidir eynimdəki.
Haqq sözümdən qeyri, ey dost, heç nəyim yoxdur mənim,Həm də canım özgənindir həm də ki, əynimdəki.
Bağda bir ev tikmişəm qəlbim paxıllıqdan yanır,Çün mənimkindən bir az hündür çıxıb qeynimdəki.
Min oyunlardan çıxardım mən bu başsız ölkədə,Hər şeyi qeyd etməsəydi valla bu çiynimdəki.
Bilginən, Pünhan, təkəbbürdən olar daim uzaq,Həqqdən boynunda qəm zənciri var hər kimdə ki.
8 noyabr 1997. Bakı
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-qeyd-edir-ciynimdeki
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu yeni eraya biz bir quru cannan gedirik,Amma ki, zurna-qavalnan, balabannan gedirik..
Bir dənə şirvanı yoxBir uçuq ev görsə kim bir yanı var, bir yanı yox,Pünhanın ünvanıdır bu, özcənin ünvanı yox.
Körpəmiz olsun, olmasın?Məsləhət eylərəm sana, körpəmiz olsun, olmasın?Körpə yüz əlli şirvana, körpəmiz olsun, olmasın?
Əntər "obezyan" necədü?Görən heyvanxanada indiki dövran necədü?Görəsən fərqdə insan ilə heyvan necədü?
Стихи других поэтов · О божественной любви
Sən, Bayrağım! Yüksək şanlarınla enərkənMavi göyə bir duman gəldiyini gördüm bən.
MəhəmmədÜç yolla piyada gəldim qapına,Olmadın dərdimin halı, Məhəmməd!
NeyləsinDeyirsən ki: “Mən neyləyim?O Məcnundu, mən Leyliyəm”!
Yalan hakim olubQorxu kölgəsinə sığınmış bu günSədaqət, dəyanət, məhəbbət, allah.