Üç yolla piyada gəldim qapına,Olmadın dərdimin halı, Məhəmməd!Allahimmə səlli, – gördüm üzünü, –Əla Məhəmmədin və ali Məhəmməd!

Təvəqqə eylərəm, gəl, keçəni sal,Etibarın yoxdu, əvvəl haqqın al.Qardaşlıqda uzun çəkər qilü-qal,Pis keçər bu işin dalı, Məhəmməd!

Aşıq Ələsgərəm, zari-dil, xəstə,Gözüm yolda qaldı, qulağım səsdə.Bir gəliş gələrəm anlamaz dosta,Dəyməmiş tökülər kalı, Məhəmməd!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О божественной любви