A yara məndən
Müxənnət, seyraqub, xainü xəbisNə yaman qandırıb a yara məndən.Lənətullah, ləin, şeytani-iblisNə dedi, dost kəsdi ay ara məndən.
Məcnun "Leyli" deyib, bu dağı bilər,İçən zəhrin dadın, budu ağı, bilər.Gəzən ürəyimdə bu dağı bilər,Arayıb axtarsan, ay ara məndən.
Ələsgər, təqsirin oldu nə, ayə?Kim inansın, qəsəm edim nə ayə?Bu ahım qalmasın ilə, nə ayə,Sağalmaz bu düyün, a yara məndən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-a-yara-menden
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bilmirəm, nə dedim, yar küsdü məndən,Coşqun çaylar kimi axdı da getdi.
Məni-bimarə müddətdir olub yaği qara gözlərMəni-bimarə müddətdir olub yaği qara gözlər,Könüldə tari-mujganın qalıb baqi, qara gözlər.
OlduƏyyami-nəhsdə qəmər əqrəbdəBir neçə kəslərə siyasət oldu,
Gəraylı: Ellər yaylaqdan qayıtdıEllər yaylaqdan qayıtdıNə yatubsan, oyan yarım