Qıjhaqıj
Hər kəsin qəsdindən aşıqlıq keçir,Qarşı gəlsin edək cəngi qıjhaqıj.Dəli könül dərya təki çalxanır,Qeyzə gəlir səs ahəngi qıjhaqıj.
Hər kəs istər qana aşıq sirrini,Axtarsın dayazı, gəzsin dərini.Qeyli-qala salan aşiq sərini,Siyah çalar qızıl rəngi qıjhaqıj.
Ələsgərin qəddi Sinaya yetər,Dərs alanlar gedər sinaya yetər.Əzrail qəsd eylər, sinaya yetər,Can alar dəstində cəngi qıjhaqıj.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-qijhaqij
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
A yara məndən
Müxənnət, seyraqub, xainü xəbisNə yaman qandırıb a yara məndən.
Ayağa qarqarVar olsun Qarabağ, əcəb səfadı,Başa Xaçın axar, ayağa – Qarqar.
Ay ana, anaQarlı dağlar gəldi düşdü araya,Qalmışam qürbətdə ay ana, ana!
Ay sinə, sinəİbtida "əlif"dən dərsimi aldım,Oxudum yetişdim ay "sin"ə, "sin"ə.