Qırmızı
Yanağı qırmızı, irəngi ağdı,Çırağban eyləyib ağı qırmızı.Ala gözlərinə gözüm sataşdı,Əridi ürəyimin yağı qırmızı.
Qüdrətdən çəkilib qaməti-şahbaz,Mərnus dizlik geyib, çəpgəni atlaz,Buxaq düymələnib kağızdan bəyaz,Mərcan düzüb boyunbağı qırmızı.
Sərrafam, gövhəri, kanı itirdim.Dəftəri, hesabı, sanı itirdim.Üzün gördüm, din-imanı itirdim,Çəkdi sinəm üstə dağı qırmızı.
Ələsgərin meyli ondan üzülməz,Əgər ayrı düşsə, şad olub gülməz,Xəstə düşər, ölməsə də, dirilməz,Müxtəsəri, sözün sağı, qırmızı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-qirmizi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Huş ilə sevdiyim, dinlə zarımı,Heç bundan ziyadə ah-zar olmaz.
TəbimAxı, hər vaxt şən idin sənİndi susdun, nədən, təbim?
Pəltək adamın dilindənŞə-şə-şə şəha cəmalın kə-kə-kə kəmal olubdur,Lə-lə-lə ləbin şərabı zu-zu-zu zülal olubdur
Torpaq və məhəbbətAğcalarım verib yenə baş-başa,Bağım-bağçam tamaşadır tamaşa.