Bir gözəl görmüşəm Çayqılışlıda,Boy-büsatı, hər növrağı şirindi.Bəstə boyu, ağ əndamı, gül üzü,Baxdıqca qaşının tağı şirindi.

Həsrət baxan doymaz ay qabağından,Şahmar zülf tökülüb solu sağından.Öpən ölməz onun gül yanağından,Əmmək üçün dil-dodağı şirindi.

İncik olub ulusundan, elindən,Ənkabut tək can asılır telindən.Yazıq Ələsgərə nazik əlinnənMərhəmət eyləsə ağı, şirindi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов