Əzizi-cani-dil, eyni-dirəxşan,Yazırsan risalə nə yaxşı-yaxşı.Qarşıda nə yaxşı,Ləhcən gəlir nə yaxşı.Canan candan əzizdi,Nə Leylidi, nə Yaxşı.Dil deyir: cananın sadağası can,Cananı da deyir: nə yaxşı, yaxşı.

Yazıq canı yada saldın sən genə,Səd həzar dərdinə gətdin sən ginə.Qarşıda sənginə,Atəş yana, sənginə.Tərlan şikar eylədi,Çıxdı dağlar sənginə.Şəcər, ahən çalır səngi sənginə,Yeyir dəni dəhan nə yaxşı-yaxşı.

Ələsgər, sən eşq atını yay indi,Nakəslərin nəzərindən yayın di!Qarşıda yay indi,Çək xədəngin yayın di!Aşıq, eşqin atınıYayacaqsan, yay indi.Ah-zar eyləyər insan yay – indi:Yağa ərşdən neysan nə yaxşı-yaxşı!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви