Rişeyi-nübüvvət, nəsli-əlayaƏysik qulun ərzi-salamı vardır.Üç yüz altmış altı gündü, qırx səkkiz həftə,On iki ayın üç əziz bayramı vardır.

Beş – Pənci-Ali-Əbadı, əzimü əziz,On iki imam, çardəh məsum düzbədüz,Yüz iyirmi dörd min peyğəmbərimiz,Hər birinin ayrı məqamı vardır.

Altı min altı yüz altmış altı gül,Yüz on dörd surədi Quran, yəqin bil.Altmış nisbi, otuz cüzi müttəsil,Doxsan min kəlmədə tamamı vardır.

Elmi-ibadətdi əcayib Quran,On yeddi rəkətdi, on səkkiz xoş xan,Əlli bir sünnətdi, yerbəyer qılan,Məxrəci, səktəsi, iqdamı vardır.

Ələsgərəm, qəmdən olmaram azad,Haqdı mizan, Sirat – puli-qiyamat.Üsyan, tüğyan, çaşqın, düşkün, bisavad...Ah çəkmək dilimdə müdamı vardır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов