Töküldü
Bir dili qurumuş “kaf”, “lam”, “sad” dedi,Yandı, ürəyimin yağı töküldü.Huş başımdan getdi, ağlım dağıldı,Əlimdə istəkan sağı töküldü.
Abad könlüm yenə oldu tarimar,Köhnə yaralarım eylədi qabar.Qabağımda taam oldu zəhrimar,Sanasan, süfrəmə ağı töküldü.
Ələsgər bağ saldı bardan ötəri,Xəstə könlü ağlar nardan ötəri.Bir gül bəsləyirdi yardan ötəri,Xəzan vurdu, gül yarpağı töküldü.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-tokuldu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О мудрости
Ayrılıq
Ah, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,
Dördü nəOn altı gözəlin seyrinə vardım,Gözüm düşdü gözəllərin dördünə.
Ata və oğulO ğ u l – Ay dədə, qoy məktəbə gedim,Məktəbə, orda elm oxum.
دل به دریا زدن از چشم تر آموختهامچه هنرها که ز فیض نظر آموختهام