Gözlə, gözlə sən
Səyyadısan, tor qurubsan,Dağı gözlə, gözlə sən!Bəzirgansan, yolun kəsərYağı, gözlə, gözlə sən!Hərcayıyla aşna olma,Namərdə bel bağlama;Müxənnət qatar aşınaAğı, gözlə, gözlə sən!
Hanı Həsən, hanı Heydər,Hanı sərdar Mustafa?!Sayeyi-mərhəmətindənBir müddət sürdük səfa.Axırını zay eylədin,A bimürvət, bivəfa;Aç, sinəmdə düyünə bax,Dağı gözlə, gözlə sən!
Kığ satan, çaşır satanlarDeyir “qaxdağan” bizə;Çay içib, plov yeyənlərHeç göstərmir nan bizə,Olsa nüsrət, versə fürsətQadiri-sübhan bizə,Çoxlarına eylərəmNasağı, gözlə, gözlə sən!
Ələsgərlə bəd başladınCavan vaxtından, fələk!Düşkün çağı əlin üzdünXabi-raxtından, fələk!Neçə-neçə SüleymanıSaldın taxtından, fələk!Onlar oldu dərdü qəmDustağı, gözlə, gözlə sən!
İsmimdi Aşıq Ələsgər,Çox çəkirəm bu bəhsi:Incidənlər, incidəcək,Incidibsən hər kəsi.Çarxı-fələyin sitəmi,Ayrım-kürdün tənəsiƏridibdi ürəyimdənYağı, gözlə, gözlə sən!
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gozle-gozle-sen
Клавиши ← → для перехода, R — случайное стихотворение