Bir bivəfa dost yolundaBaşu candan keçmişəm:Unutmuşam doğru rahı,Din-imandan keçmişəm.Zərrəcə gəlməz eyniməBu dünyanın cifəsi,Tərk edib dövləti, malı,Xanimandan keçmişəm.

Dərdim çoxdu, kimə deyim?Yoxdu dərd bilən həkim.Sərraf sənsən, aç xırd eylə,Ləlü gövhərdi yüküm.Şahi-Mərdan sayəsindəKimsədən yoxdu bakım;Sidqi-dillə sığınmışam,Mən ümmandan keçmişəm.

İsmimdi Aşıq Ələsgər,Budu dövranım mənim;Qürbət eldə bir gözəldəQaldı peymanım mənim;Öldürsələr bu sevdada,Halaldı qanım mənim;İncimərəm, dost yolundaBu ziyandan keçmişəm.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов