İbtida xəlq oldu külli-kainat,İnsan nəqa mindi, nəqa nə mindi?Gözlərin canıma salıbdı afat,Peykan kirpiklərin nə qana mindi?

Nə əysik din, nə artıq gül, nə dannan,Müxənnətə zəhər olmur nədən nan?!Dərdbilməzdən, dilqanmazdan, nadannanNə qandım əzəldən, nə qanam indi?

Ələsgəri çəkməginən, yar, ala,Lazımdı ki, yar könlünü yar ala.Sınmış dəndan, nə yar ləbin yarala,Əmmək istəyəndə, nə qan əm indi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви