Giləyə
Ariflər, qulaq asın,Deyim bir dastan Giləyə;Qabliyyətdə, mərifətdəCatmaz bir insan Giləyə.Bu təmkində gözəl yoxdu,Olmuşam heyran Giləyə.Yetmiş iki millət görsə,Gərək desin "can" Giləyə.Lazımdı kəsdirəsənGündə yüz qurban Giləyə.
Ağ ipəkdən dizliyi var,Gül düzdürüb yaxasına.Başında herat kəlağay,Bənzər göllər sonasına.Deyib-gülmək halal olsunBelə gözəllər xasına.Libası əndama layiq,Əndam uyur libasına.Qızıldan kəmər yaraşırSinəsi meydan Giləyə.
Maşallah, ay qabağaGör necə tellər yaraşır.Burun püstə, dodaq qaymaq,Yanağa güllər yaraşır.Ağ buxağa inci, mərcan,Üstünə sim-zər yaraşır.Mina tək gərdəninəYaquti-əhmər yaraşır.Halal olsun bu səltənət,Bu qurğu-dövran Giləyə.
Məhəbbətə sədaqətli,Ayrılmaz bir can kimidi.Tovuz kimi cilvələnib,Qırımı tərlan kimidi.Ay qabaq şölə saçır,Mehri-dirəxşan kimidi.Mərifətdə yoxdu tayı,Kamalda Loğman kimidi.Hüsndə şəbahəti varYusifi-Kənan Giləyə.
Şahi-əl-vahidi-yekta,Dinimiz Məhəmməd dini.Gərək salavat çevirsinHər kim ki, görsə üzünü.Mən Aşıq Ələsgərəm,Söylərəm sözün düzünü.Həm bu dünyada bacımdı,Həmi qiyamatın günü;Lənət gəlsin o şəxsə –Söyləyə böhtan Giləyə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/elesger-gileye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
ƏrizəEy Cavanşir mülkünə sultan, baüzzü vüqarCanişin Hacıbəy Sultan, cənab Şahmar
AllahQohum-qardaş o tərəfdə, kimdən xəbər alım,Allah,Ürəyimdən qanlar axır, xoş xəyala dalım,Allah?!
Qəzəl: Ey sünbüli-zülf, ol gül-ruxsarə düşərsənEy sünbüli-zülf, ol gül-ruxsarə düşərsən,Öz başına fikir et ki ayaqlara düşərsən