Ata və oğul
O ğ u l – Ay dədə, qoy məktəbə gedim,Məktəbə, orda elm oxum.A t a – Kəs səsini, a naxələf,Pis süd əməncə, bic toxum.O ğ u l – Ay dədə, rəhm qıl mənə,Sən kimi cahil olmuyum.A t a – Adə, çəkil kənarə get,Ay səni qəbrə quyluyum.O ğ u l – Tazə üsul ilə verirDərsi-ədəb müəlliman.A t a – Öylə yenə müəllimə...Mən səni vermərəm inan.O ğ u l – Versən o məktəbə məni,Səncə, günah olur nədir?A t a – Bəlkə günah olur nədir,Küfr oluram, yerim saqər.O ğ u l – Ay dədə, söyləmə ədəs,Kafir edərmi şəxsi elm?A t a – Ay qoducaq, axund deyirAdəmi azdırır bu elm.O ğ u l – Qorxma, ata, bu məktəbinNəfi də çoxdu, xərci az,A t a – Vallah, itil, vuracağamBaşına bir yekə qapaz.O ğ u l – Ay dədə, elmsiz nasılMən bu zəmanda iş görüm?A t a – Ay vələdüzzina, səniOdda, ocaqda piş görüm.O ğ u l – Ay ata, elmü fənnasizŞəxs qəni olarmı ya?A t a – Pul məgər elm ilə olur?Qurbağa oğlu, qurbağa.O ğ u l – Ay ata, elmsiz... məgərVar ulağ ilə fərqimiz?A t a – Heç bir cəhənnəm olmasınBoylədi səbkü rəngimiz...O ğ u l – Durmaq olurmu boş-bekar?Bəs mənə söylə, neyləyim?A t a – Get mal oğurla, adəm at,Kəsb elə, mən neyləyim?O ğ u l – Müxtəsəri, qoymursanMən də bu məktəbə gedim?A t a – Bircə baxın, bu naxələfSöylədiyi cəfənglərə.Gör kimə tay edir məni,Bir para lağ səfehlərə.Yox, yox, amandı, qoymaramBu işə mən heç uymanam.Min demələr də qanmanam,Atəşi “veylə” yanmanam,Molla Qurut deyib mənə,Özgə sözə inanmanam.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nezmi-ata-ve-ogul
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Saqqalı uzun, guşi pühən, naqədəhandır,Alnı iki barmaq, gözü dar, boynu gərəndir,
UşaqlarUşaqlar istərsə seyri-gülüstan,Nə lazım onlara bağ ilə bostan.
Yat!Axşam namazını tələsik qıl, yubamna, yatSol böyriin üstünə uzanıb, qurdalanma, yat!
Çalışqan CəmalOn iki yaş bir çocuq,Bənzi qaçıq, rəng uçuq.
Стихи других поэтов · О мудрости
Yemiyək, içmiyək, boş sözlər danışmayaq,Möhtac olluq düşmənə biz egər çalışmayaq.
Səni mən sevməyirəm, sevməyirəmBir zaman millətimiz alim idi,Bilmirəm noldu ki, yatdı əbədi.
Qəlbimə axdıGəl, o ala gözlərinə mən olum fəda,Söylə, hardan yaranmışdır səndə bu qayda,
دلی نداشتم آنهم که بود، یار ببردکدام دل که نه آن یار غمگسار ببرد