Dördü nə
On altı gözəlin seyrinə vardım,Gözüm düşdü gözəllərin dördünə.Altısı bədxasyət, dindirmək olmaz,İkisi mehriban, de, bəs dördü nə?
Ay ağalar, dərdim yaman artıbdı,Çərxi-fələk eldən daşım atıbdı,Səkkiz şeydi, bu dünyanı tutubdu,Abü atəş, xakü baddı, dördü nə?
Qurbani sözlərin eylədi tamam,Gözünün evini alıbdı duman,Səkkiz şey gəlibdi insana ənam,Ağıl, mərfət, həvəs, kamal, dördü nə?
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-dordu-ne
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О судьбе
Basdı qədəm başıma sərvi-səhiqamətim,Keçdi fələkdən yenə dəbdəbeyi-rifətim.
İtirməyim bu qismətiDemirəm ki, zirvələrdə qartalam mən,Köksü şirin nəğməli bir körpə quşam.
Təbrizli gözəllərDünyaya dəyər nazlı, siyah gözlü gözəllər,Baldan da, şəkərdən də şirin sözlü gözəllər.
Kərayli: Bu bəs deyil gətirübdürBu bəs deyil gətirübdürBaşıma yüz kələk səndən,