Dost bizi buyurdu xidmət-şərifə,Dedik ki, baş üstə, kafü lamü kaf.Fitnə qaşlı, cadu gözlü sevdiyimÇoxların eyləyib heyü lamü kaf.

Sidqi dürüst olan yetişər haca,Kimsə də kimsəyə etməz iltica.Məhəmməd ki qədəm basdı meraca,Pişvazinə gəldi mimü lamü kaf.

Mehdi görər qoşununun sanını,İnsan üçün qurar haq mizanını.Bir gün alar Qurbaninin canınıBir gözləri cəllad kafü lamü kaf.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов