O kimdi ki, dünyaya gəlməmişdən,Onların şəkili vardı behiştdə?Adəm də eylədi onlara səcdə,Onların hesabın bilsən neçədi?

Aduvu qoymusan sən də ustakar,Nə üstündə aləm olub bərqərar?İblis niyə oldu bəlaya düçar,Onun səbəbini bilsən neçədi?

O nədi ki, ildırımdan yeyindi?Sənin danışdığın bütün oyundu.Bu meydanda indi sənin toyundu,Abdulla xan göydəni sürüsə necədi?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов