Bəyan eylədi
Şükür dərgahına qadir Allahın,Məhəmməd dinini bəyan eylədi.Sidqnən çağırsan, saqiyi-kövsərHamı dərdlilərə dərman eylədi.
Fatimeyi-Zəhra – xatuni-məhşər,Şəfaqət babamız Zübeyni-Zəbər,Abidin, Baqirin, ol imam CəfərHər kim inam etdi, səbəb eylədi.
Museyi-Kazıma olmuşam mail,Onun hörmətinə şad oldu sail.Qərib ağam verdiyinə mən qail,Eylə ki, ahunu azad eylədi.
Yaz ayında lalə bürüyər dağı,Həmişə səbz olsun möminlər bağı.Doqquzuncu imam Məhəmməd Tağı,On iki imam (ağayan [?]) eylədi.
Gəl sənə ərz edim yoldan, ərkandan,Qiymətli gövhərlər bilinir kandan.Həsən Əsğəridən, SahibzamandanElmi-imaməti təmam eylədi.
Söylə, ver cəvabı, sən olma dilgir,Üsuliddin beşdi1, deyim birbəbir.Əvvəli tövhiddi, Allahı bil bir,İkinci bir adil divan eylədi.
Bivəfa dünyada ömr gedir bada,Üçüncü nübüvvət düşübdür yada.Yüz iyirmi dörd min peyğəmbərzadaMəhəmməd xətmini zəman eylədi.
Dərd əlindən saralıban solmuşam,Ah çəkibən dəryalara dalmışam.Dördüncü imamdır, yəqin bilmişəm,On iki imamı ağayan eylədi.
Dünyaya gələndə könlüm oldu şad,Hər qonan, hər keçən qurur bir bünyad.Axır aşkar oldu üçüncü miad,Ruzü həştü həftü bəyan eylədi.
Ölümü sal yada, qılma imdadı,Firuiddin ondu,2 yoxdu xilafı.Oruc tut, namaz qıl, ver xüms-zəkatı,Həcci-cəhan, nəfsi-iman eylədi.
Xuda bilir ömrümün nə bağıdı,Əmr be məruf, nəhy-əz-münkir çağıdı.Təvəlla, təbərra ruh yığnağıdı,Altmış üç məsail sual eylədi.
Müqəddimat yeddidi1, yoxdu xilafı,Əvvəli töhrətdi, abü müzafı.Füzüm, yəyum, qüsul - eyni kafı,İzhamı pak, sidqi pünhan eylədi.
Havada gəşt eylər Süleyman taxtı,Yeddidi, iras bil, qıvlanın vaxtı.Məhəmmədə gəldi Quranın xətmi,Tövratı Musaya əyan eylədi.
Müqarimat səkkizdi, namazdı ehram,Əvvəli qiyamət, qiraət tamam.O rüku, təşəhhüd, sücudü səlam,İsmayıl vacibi qurban eylədi.
Sən görgünən bu dünyanın işini,Sevgi irab edir könül quşunu.Vacib bildim şəkkiyyatın beşini,Beş səfi kəlamı bəyan eylədi.
Nə mürəkkəb, nə cismi, nə canı var,Heç kimsənə bilmir, nə məkanı var.Nə vəziri, şəriki, həmşanı var,Beyqafıl nurundan bünyad eylədi.
O səkkiz cənnətin biri baqidi,Altmış üç məsəlin biri baqidi,Mərifətullahdı, biri saqidi,Altıncı qüsl bizi asan eylədi.
Qüsli-meyyit, məsti-meyyit, cənabət,Heyzü nifas, istehazə təmamət,İstehazə, bilin, olub üç babət –Üçdəki vacibi-zənan eylədi.
Mütəfəsirə, kəsirə, qəlil,Xudaya, sən bizi eyləmə zəlil!Kəbəni tikdirdi İbrahimxəlil,Qibləni də islam inam eylədi.
Qurbani, abidal söyləməz yalan,Həsənə, Hüseynə canımız qurban.Yusifin nəsibi yeddi il zindan,Misirdə bir ali sultan eylədi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/qurbani-beyan-eyledi