İnanıram tarix bir gün öz hökmünü verəcək;Ellər birgə gülüstandan qızılgüllər dərəcəkBağrı yara həsrətlilər bir-birini görəcək,Sən Arazdan iftixarla keçəcəksən, qardaşım!

Ayrılığa Araz deyil səbəb, bilir elimiz,Dar gündə də öz kökündən ayrılmayıb dilimiz.Gün gələcək bərk sıxacaq bir-birini əlimiz –Sən də vüsal şərbətini içəcəksən, qardaşım.

Ayrılığın fərmanını pozacaqdır dostların,Öpüb səni öz bağrına basacaqdır dostların.Bu şad günü ürəklərə yazacaqdır dostlarınHər qapını qapın kimi açacaqsan, qardaşım!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О разлуке