Şeirdən qiymətli şərvət olmasın...
Dostlar, deyirəm ki, hər təzə ildəHalal süfrəmizdə qeybət olmasın.Vətəndən danışaq, eldən danışaq,Gərəksiz, mənasız söhbət olmasın.
Qoy özündən küssün sözümdən küsən,Hamıya, hamıya anadır vətən.Könül, candan bağlan vətəninə sən,Eldə ünvanına nifrət olmasın.
Döşünü qaz kimi qabağa verən,Yerini hər yerdə lap başda görən,Atını gah sağa, gah sola sürənMən-mən deyənlərə hörmət olmasın.
Vətəndir qol-qanad hər sənətkara,Şairəm deməsin hər üzüqara.Çalışaq onlarda nəşriyyatlara,Hücumlar etməyə cürət olmasın.
Anamız vətənçin vurmasa ürək,Haram olsun mənə yediyim çörək!Vətənini sevən şairçin gərəkVicdandan dəyərli sərvət olmasın.
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-seirden-qiymetli-servet-olmasin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Nəvəm Azadəyə*Azadə! Gözəllər gözəlindən də gözəlsən!
İşıqDar qəbirdən fərqi nədir, deyin zülmət bir zindanın?!Arazın o tayındakı mənə doğma bir məkanın
SaxlarsanFikrət Qocaya*Gözəl şeirlərini öz adında saxlarsan,
Ürək sözləriOsman Sarıvəlliyə*Təbrik edirəm candan, ürəkdən səni, Osman,