Təbrizimin bitməyib, heyhat, qanlı günləri,Sonsuz ahlı, fəryadlı, həyəcanlı günləri.Bir zaman Yer üzündə çox yaxşı bilir ellər,Şöhrətdi tarixlərə ulu, şanlı günləri.Bu gün də əvvəlkitək nəğmələrdə səslənirBağırxanlı günləri, Səttarxanlı günləri.Göz ağrıyır görəndə şairlər vətənindəBu qəssablı günləri, bu qurbanlı günləri.Əfsus, başda oturan əqrəb yuvalı başlarAzadlıq adlandırır bu zindanlı günləri.Yox, belə getməyəcək xalq ömründən siləcək.Bu dəhşətli günləri, bu tufanlı günləri.Yaz, Süleyman, durma, yaz, qoy var olsun TəbrizinŞəhriyarlı günləri, Süleymanlı günləri.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине