Gözəllər gözəlinə
Eşqini qəlbinə bəxtim kimi yazmış öz əlim, –Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Üzünü görmədiyim hər günümə gün demirəm,Küsmə, ünvanına bu sözləri küskün demirəm.Sənə Leyla, özümə yaxşı ki, Məcnun demirəm.Gəl gülüm, gəl çiçəyim, gəl ki mən ilhama gəlim,Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Səndən öyrəndi bahar nəğmələrin nəğməsini,Yaydı dünyamıza xoş nəğmənin hər kəlməsini.Doymaram min kərə, hər gün mən eşitsəm səsini,Çəkirəm car, bunu bilsin vətənim, bilsin elim,Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Dikirəm gözlərimi hər zaman, hər an yoluna,De görüm, kim ötürübdür səni hicran yoluna,Hardasan, gəl bu vüsal adlı Süleyman yoluna,Gəl, gəl, etsin yenə pərvaz gözəl arzum, əməlim,Sən gözəllər gözəlindən də gözəlsən, gözəlim!
Kitabxana.az · https://kitabxana.az/ru/works/suleyman-rustem-gozeller-gozeline
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Qardaşım Rəsula*Bahar hədiyyəmiz — xonça, səməni,
LeylamızLeyla Bədirbəyliyə*İncə qəlbində böyük dünyası var Leylamızın,
Dostum, bilirsənmi?!Dostum Səməd Vurğunun 50 illiyinə*Çox adamlar pərt olur yaşdan söhbət düşəndə,
Sağ ol, müəllimim Süleyman SaniMəktəb illərində müəllimimizTək müəllim deyil, ataydı, ata.