Məktəb illərində müəllimimizTək müəllim deyil, ataydı, ata.Adı Süleymandı; o illərdə bizÜmid bağlamışdıq bu böyük ada.

O qədər sevimli, o qədər əziz,O qədər mülayim bir insandı ki...Ürəyi, diləyi, vicdanı təmiz,O qədər, o qədər mehribandı ki,

O qara illərdə düşdükmü dara,Müəllim! Sən bizə havadar oldun.Sabahı düşündün, bağrında yara,Vətənə, millətə vəfadar oldun.

Yaxşı yadımdadır bu günə qədər“Qorxulu nağıllar”, qorxulu illər.Yaxşı ki, o illər düşdü dərbədər,Gəldi dünyamıza uğurlu illər.

Qasım İsmayılov küçəsindəkiMəktəbin şagirdi şairdir indi,Qəlbinin ən dərin guşəsindəkiQoşmadır, nəğmədir, şeirdir indi.

O qanlı illərdə məhəbbətlə sən,Bizə nişan verdin bu gülüstanı.Deyirəm ürəkdən, var səsimlə mən —Sağ ol müəllimim Süleyman Sani!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов