Bilmədin sən qədrimi, ey nazlı canan, bilmədinÇəkdi min dərd, min cəfa hicrində bu can bilmədin.Bilmədin sənsizliyindir qəlbimə odlar salan,Bağrıma dağlar çəkən hicranı hicran bilmədin.Sevgi dünyasında mən heç vaxt vəfasız olmadım,Ömrümü verdim sənin uğrunda qurban, bilmədin.Eşqimin təxtində fərman verdi hər gün ayrılıq,Can evimdə əsdi yellər, qopdu tufan, bilmədin.Od tutub yandım Kərəmtək, yanmadın heç halıma,Bilmədin, sənsiz deyib-gülməz Süleyman, bilmədin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви