Təbrizin küçələri
Gecə yuxuma gəldi,Əvvəlkitək gözəldi.Gah ağladı, gah güldüTəbrizin küçələri.
Yol saldım Küçəbağa,Qol saldım Küçəbağa.Dönübdü neçə bağaTəbrizin küçələri.
Əhrab, qarağac üstü,Sürxab de kimdən küsdü?Sandım yola gül düzdüTəbrizin küçələri.
Şeşkilan nəğmələndi,Hər yana nur ələndi.Mənə xoş gəldin dediTəbrizin küçələri.
Şamqazandan addadım,Qonka başına çatdım.Ey nağılım, bayatımTəbrizin küçələri.
Maralan bağça-bağça,Güllərdən tutdu xonça.Hey baxdılar dalımcaTəbrizin küçələri.
Çərəndab sözə döndü,Hər daşı közə döndü.Haraya, səsə döndüTəbrizin küçələri.
Lilava çeşmə-çeşmə,Kim deyər burdan keçmə.Baxsın həsrət köçüməTəbrizin küçələri.
Mənim söz dünyamsınız,Sahilsiz dünyamsınız.Bir Təbriz dünyamsınız,Təbrizin küçələri...
Gecə yuxuma gəldi,Əvvəlkitək gözəldi.Gah ağladı, gah güldüTəbrizin küçələri.Təbrizin küçələri...
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-tebrizin-kuceleri
Клавиши ← → для перехода, R — случайное стихотворение