Balıqçı
Balıqçı avar çəkir,Balıqçı dənizdədir.Nə sular sakitləşir,Nə balıqlar üzdədir.Dənizin bir sahiliƏnzəli şəhəridir.Şəhər canlı bir əsər.Gündüzü hay-haraylı,Gecəsi yorğun şəhər.Şəhərin arasındanAxır Qaziyan çayı.Qayalara toxunurDalğaların harayı,Ləpələrin harayı...Balıqçı avar çəkir,Avarlar enir, qalxır.
Qocanın ömrü kimiAvarlar necə ağır...Külək əsir, dalğanıDalğalara bağlayır.Qocanın əhvalınaElə bil hönkür-hönkürBuludlar da ağlayır.Qayıqda tor uğursuz,Qoca yorğun, yuxusuz.Səma tutqun, sahil boş,Balıqçı qəmdən sərxoş.Elə bil sərt dalğalarQıy vurub dönə-dönəBalıqları aparıbGöy suların dibinə...Balıqçı avar çəkir,Dalğalar dönür dağa.Balıqçı avar çəkir,Evinə bircə günlükSəadət aparmağa...
Artıq axşam qovuşur,Evinə dönür hamı.Balıqçı avar çəkir,Dənizdə qarşılayırKədər dolu axşamı.Birgünlük səadətiTapa bilməmiş hələ.Boş torla, boş qayıqla,O necə dönsün evə,Necə dönsün sahilə?!
Kitabxana.az · https://kitabxana.az/ru/works/medine-gulgun-baliqci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Könül, qanın gözümdən navəki-qəmzən rəvan eylər,Məsəldir mərdüm içrə: “Məst olan, əlbəttə, qan eylər”.
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.
BismillahQaşına yazılmış sətir bismillahHəbibin surəsi nəsrun minəllah
Dedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzməDedim, ey sərvi-rəvan, gül kimi xəndan gəzmə,Eyləyib laləsifət bağrımı gəl qan, gəzmə.