Bir nəğməli bulağam,Uca dağlardır arxam.Hər an çağlayacağamSəninçin.

Torpaqdan güc alaram,Yaşıl çinar olaram.Yola kölgə salaramSəninçin.

Sevgim gəlməz hesaba,Sevgim sığmaz kitaba.Ötərəm oba-obaSəninçin.

Odum yandırar daşı,Saya salmaram qışı.Olaram yaz yağışıSəninçin.

Ümman desən, olaram,Tufan desən, olaram,Talan, desən olaramSəninçin.

İnan sevgiyə, anda,Düşsən alova, oda.Keçərəm canımdan daSəninçin.

Göytək halbahal ollam,Bir şirin xəyal ollam.Dağlarda tonqal ollamSəninçin.

Fəqət qala bilmirəm,Könlün ala bilmirəm.Vətən ola bilmirəmSəninçin.Səninçin...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов